«Kukla dünyasının sirləri» sərgisi

14 yanvar tarixində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda İrina Qundorina, Pərviz Hüseynov, Tamella Qurbanova, Nübar Şahbazova, Anna Salamova və  Nana Nərimanbəylinin əsərlərindən ibarət “Kukla dünyasının sirləri” adlı sərgisi təşkil olunmuşdu. Sərgini açıq elan edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı, professor Salxab Məmmədov sərgi haqda məlumat verdi, əsərləri nümayiş rəssamları təbrik etdi.

Sərginin açılış mərasimində Xalq rəssamı Aydın Rəcəbov, Xalq yazıçısı Natiq Rəsulzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Afaq Hüseynova, Əməkdar rəssam Pərviz Hüseynov və Əməkdar rəssam Vüqar Əli çıxış edərək kukla sərgisinin əhəmiyyətindən, rəssamların əsərlərinin bədii keyfiyyətlərindən danışdılar və bu cür sərgilərin gələcəkdə də təşkil olunmasının vacibliyini vurğuladılar.

Sonda əsərləri nümayiş olunan rəssamlar adından Pərviz Hüseynov çıxış edərək sərginin təşkilinə göstərlin dəstəyə görə Azərbaycan Rəssamlar İttifaqına öz təşəkkürlərini bildirdi. Sərgidə 6 rəssamın kukla və rəngkarlıq əsərləri nümayiş olunur.

Sərgi 19 yanvar tarixinədək davam edəcək.