Xəbərlər
Müzakirə “Mikayıl Abdullayev: Uzaq yolların işığı”
13 сентября, 2026

Sentyabrın 11-də Gazelli Art House-da Azərbaycan görkəmli rəssamı Mikayıl Abdullayevin həyat və yaradıcılığına həsr edilmiş “Mikayıl Abdullayev: Səyahətlər, xatirələr, irs” adlı panel müzakirəsi keçirilib. Müzakirə “Mikayıl Abdullayev: Uzaq yolların işığı” sərgisi çərçivəsində təşkil olunub.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov iştirak edib və Mikayıl Abdullayevin yaradıcılıq yolunun müxtəlif dövrlərinə, onun xarici səfərlərinə və həmin səfərlərin yaratdığı bədii təəssüratlara, rəssamın portret janrında işinin xüsusiyyətlərinə, həmçinin monumental sənət sahəsində yaratdığı əsərlərə barədə ətraflı danışıb.












