Nazim Şahın “13-cü dua” sərgisi

Bakıda rəssam və şair Nazim Şahın “13-cü dua” adlı fərdi sərgisi keçirilir
13 avqust saat 18:00-da Azərbaycan Rəssamlar İttifaqında rəssam və şair Nazim Şahın “13-cü dua” adlı fərdi sərgisinin açılışı keçirilib. Layihənin kuratoru Sofiya Frankdır. Sərgi 18 avqusta qədər davam edəcək. Giriş sərbəstdir. Ekspozisiya rəssamın rəsm əsərlərini sərgi məkanına inteqrasiya olunmuş on üç müəllif şeiri ilə birləşdirir. Kuratorun konsepsiyasına əsasən, əsərlər vahid bir ifadə — müəllifin Allahla şəxsi və səmimi söhbətini təşkil edir. “Sanki dünyanı təsvir edən rəssamlar var. Bir də dünya ilə danışanlar. Nazim Şah ikincilərdəndir, lakin onun söhbəti tamaşaçıya və ya sənət tarixinə deyil, Allaha ünvanlanıb”, — sərginin kuratoru Sofiya Frank qeyd edir.
Müəllif haqqında
Nazim Şah — azərbaycanlı rəssam və şairdir.
1974-cü ildə Azərbaycanın Füzuli rayonunda anadan olub.
1993-cü ildə A.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycan Rəssamlar İttifaqının, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
1997-ci ildən etibarən beynəlxalq və respublika səviyyəli sərgilərdə iştirak edir. Bakı və Antalyada (Türkiyə) fərdi sərgiləri keçirilib. Rəssamın əsərləri Türkiyə, ABŞ, İran, Belçika, Rusiya və Fransadakı şəxsi kolleksiyalarda saxlanılır.























































