Sərhədsiz İncəsənət

Sentyabrın 29 saat 17:00 Müasir İncəsənət Mərkəzində (Güllə küçəsi, 15) “Şabran-2025” beynəlxalq incəsənət simpoziumunun “Sərhədsiz İncəsənət” yekun sərgisinin açılışı olacaq.

Sərgidə aşağıdakı rəssamların əsərləri nümayiş olunacaq: Məhərrəm Əliyev (Azərbaycan), Tural Moyufov (Azərbaycan), Adil Yusif (Azərbaycan), Badri Paçulia (Gürcüstan), Aleksandr Osipov (Qazaxıstan), Nurquyana Innokentieva (Qırğızıstan), Zühre Özkaraman (Şimalı Kipr), Fərrux Neqmat-zadə (Tacikistan), Dilşod Əzizov (Özbəkistan).

“Şabran-2025” beynəlxalq incəsənət simpoziumu rəssamlar arasında canlı ünsiyyət və təcrübə mübadiləsi üçün unikal platforma təqdim edir, ölkələr arasında mədəni zənginləşməni və qarşılıqlı anlaşmanı təşviq edir. İştirakçılar tam şəkildə yaradıcılıq və ilham mühitinə qərq olurlar, nəticələri yekun sərgidə təqdim olunacaq.