“Təsviri sənət həftəsi” haqqında sənədli film

Azərbaycan Rəssamlar İttifaqının “Təsviri sənət həftəsi” çərçivəsində Çardaq qrupunun Shabran Wellbeing Hoteldə 20-30 iyun 2026 il keçirilən simpoziumdan maraqlı görüntüləri haqqında qısa sənədli film hazırlanıb. Filmin rejisoru Elçin Qasımovdur, simpoziumun kordinatoru Elşən Qaracadır. Simpoziumda on rəssam iştirak edib. Tədbirdə keramika, qrafika, rəsm master-klasları və Aydın Əsgərovun canlı performansı oldu. Yekunda rəssamlar qonaqlara master-klaslardan əlavə canlı etnik musiqi konserti verdilər.