“Uşaqların rəngli dünyası” sərgisi

5 avqust tarixində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Uşaqların rəngli dünyası” adlı rəsm sərgisi keçirildi.

“Uşaqların rəngli dünyası” sərgisi balaca rəssamların onları əhatə edəm aləmə fərdi baxışın cəsarətli və eyni zamanda səmimi ifadəsidir. Nümayiş olunan əsarlər bizi onların sərhədsiz, rəngli, təxəyyül dünyası ilə tanışlığa dəvət edir.

Rəssam Miriyeva Dilbərin rəhbərliyi altında keçirilən tədris prosesində 5-11 yaş aralığında olan uşaqların fərdi bədii dilinin qorunmasına həssaslıqda yanaşılıb. Bununla yanaşı onlar rəng harmoniyası, kompozisiya quruluşu kimi əsarlar da aşılaşıb. Sərgidə eyni natürmortlara müxtəlif yaş qrupundan olan uşaqların fərqli yanaşmasını, həmçinin oxşar mövzulara təkrar olunmaz münasibətini görə bilərsiniz.

Sərgidə 10 gənc rəssamları tərəfindən hazırlanmış 60 rəsm əsəri nümayiş olundu.