Sərgi
“Uzaq Şərqin İzləri” sərgisi
22 августа, 2026

20 avqust 2026-cı il tarixində Azərbaycan və Yaponiya arasında mədəni əlaqələrə həsr olunmuş “Uzaq Şərqin İzləri” sərgisi baş tutdu.
Sərgi çərçivəsində Azərbaycan və Yaponiya mədəniyyətinin, incəsənətinin və yaradıcılığının bir araya gətirilməsi, sənət vasitəsilə iki ölkə arasında mədəni dialoqun daha da gücləndirilməsi məqsəd qoyulmuşdu.
Tədbirdə rəssamlar, incəsənət və mədəniyyət nümayəndələri, fəxri qonaqlar və diplomatik dairələrin nümayəndələri iştirak etdilər.
















































