Vaqif Mustafazadənin şərəfinə yubiley konserti

Əfsanəvi caz pianoçusu və bəstəkarı, dövlət mükafatı laureatı və beynəlxalq müsabiqələr laureatı Vaqif Mustafazadənin 85 illik yubileyinə həsr olunmuş «Unudulmaz Maestro» yubiley konserti Jolli Joker-də keçirildi.

Gecənin xüsusi bir məqamı Azərbaycan Rəssamlar İttifaqının üzvü Bəhram Xəlilovun Vaqif Mustafazadənin musiqisindən ilhamlanaraq çəkdiyi rəsm əsərlərinin xüsusi sərgisi oldu. Hər biri müəyyən bir melodiya ilə yaradılan iki triptix, altı rəsm əsəri musiqi motivlərini vizual olaraq təcəssüm etdirirdi: obrazlar səhnədəki canlı musiqi ilə vahid bir bütövlük təşkil edirdi.

İlk dəqiqələrdən zal xüsusi bir sehrlə doldu; axşam əsl musiqi tədbirinə və adını Azərbaycan tarixinə əbədi həkk edən bu görkəmli musiqiçinin irsinə ehtiram əlaməti oldu. Səhnədə “RAST” qrupu, Azərbaycan Respublikasının əməkdar artisti Emil Əfrasiyab, Azərbaycan Respublikasının əməkdar artisti Şahin Növrəsli, müğənni Murad Nəbizadə, «O səs Türkiyə» müsabiqəsinin qalibi Elnur Hüseynov, «Eurovision» iştirakçıları Ruslan Ağababayev, Etibar Əsədli və digər musiqiçilər çıxış etdilər. Sənətçilərin çıxışları musiqi ilə uyğunlaşan möhtəşəm vizual fonda baş tutdu və axşama xüsusi bir ab-hava qatdı.