«Gələcəyin rəngləri» sərgisi
24 iyul tarixində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda «Gələcəyin rəngləri» adlı rəsm sərgisi keçirildi. Sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış etmişdir, sərgi haqqında ətraflı məlumat verildi və sərgidə nümayiş olunan gənc rəssamların əsərlərinin bədii xüsusiyyətlərindən danışdı. Təqdim olunan əsərlərdə gənc rəssamların daxili dünyasını, təbiətə, ailəyə və…
