Əli Seyran İmanzadənin fərdi sərgisinin açılışı sentyabrın 1-də olacaq

Əziz dostlar! Azərbaycan Rəssamlar İttifaqı Sizi rəssam Əli Seyran İmanzadənin fərdi sərgisinin açılışına dəvət edir. Əli Seyran İmanzadə əsasən fovizm, kubizm üslublarında və orta əsrlər Azərbaycan miniatürlərinin müasir interpretasiyalarında çalışan müasir Azərbaycan rəssamıdır. O, 1968-ci ildə anadan olub və təsviri sənət üzrə peşəkar sənət təhsili alıb. Bədii karyerasının son 24 ilində Avropada yaşayıb və işləyib.…