Rafail Əlizadənin 80 illik yubileyinə həsr olunmuş fərdi sərgisi

20 oktyabr tarixində Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə İttifaqın Vəcihə Səmədova adına Sərgi Salonunda istedadlı rəssam Rafail Əlizadənin 80 illik yubileyinə həsr olunmuş fərdi sərgi keçiriləcək.
Sərgidə rəssamın çoxşaxəli yaradıcılığını əhatə edən rəngkarlıq və qrafika əsərləri, eləcə də onun teatr, kino və televiziya sahələrindəki yaradıcılıq fəaliyyətini əks etdirən nümunələr nümayiş olunacaq.
Ekspozisiya sənətsevərlərə Rafail Əlizadənin zəngin yaradıcılıq dünyası, sənət axtarışları və Azərbaycan təsviri sənətinə verdiyi töhfələrlə daha yaxından tanış olmaq imkanı yaradacaq.
Rəssamın 80 illik yubileyinə həsr olunan bu sərgi onun sənət yoluna nəzər salmaq, yaradıcılığının müxtəlif istiqamətlərini geniş ictimaiyyətə təqdim etmək, həmçinin milli təsviri sənətimizin zəngin ənənələrini təbliğ etmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Sərgi rəssamın uzunillik yaradıcılıq fəaliyyətinin, sənətə fərdi yanaşmasının və müxtəlif sənət sahələrindəki axtarışlarının nümayişi olmaqla yanaşı, onun Azərbaycan mədəniyyətinə verdiyi töhfələri bir daha diqqətə çatdıracaq.