“Sənətin sərhədi yoxdur” Beynəlxalq Akvarel Festivalı

14-16 oktyabrda Bakıda keçirilən “Sənətin sərhədi yoxdur” adlı Beynəlxalq Akvarel Festivalının yekun sərgisi 16 oktyabrda Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səməova adına sərgi salonunda baş tutdu. Tədbiri giriş sözü ilə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov açaraq akvarel festivalının əhəmiyyətindən və sərgidə nümayiş olunan əsərlərinin bədii texniki xüsusiyyətlərindən danışdı. Sərgidə iştirak edən rəssamları təbrik etdi.…