Elçin Şamillinin “REZONANS” fərdi sərgisi

Elçin Şamillinin «REZONANS» adlı fərdi sərgisi 29 oktyabr 2026-cı ildə açılacaq. Sərgi Azərbaycan Rəssamlar İttifaqının Vəciyə Səmədova Qalereyasında keçiriləcək. Sərgidə abstrakt qrafik əsərlər nümayiş olunacaq. Rəssamın sərgi üçün əsas konsepsiyası aşağıdakılardır:
«Rəssam bədii mesajı (siqnalı) vizual-bədii kod vasitəsilə abstraksiyaya çevirir. İzləyici, vizual qavrayış prosesində siqnal daşıyıcısını, yəni rəsmi deşifrə edir. İzləyicinin sabit vəziyyəti, yüksək Rezonans amplitudası vasitəsilə, adi, gündəlik tarazlıqdan katarsis vəziyyətinə keçə bilər. Katarsis, izləyicinin bədii abstraksiyanı qavraması və təcrübəsində rezonansın zirvəsidir. Rezonans potensial olaraq ürəkdən ürəyə gedən bir yoldur. Əks təqdirdə, abstraksiya öz mənasını itirir».
Sərgi 05 noyabr 2026-cı il tarixinə qədər davam edəcək.
Sərginin açılışı haqqında ətraflı













