Abdurrəhman Səlimlinin fərdi sərgisi

13 may tarixində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda istedadlı rəssam Abdurrəhman Səlimlinin əsərlərindən ibarət fərdi sərgisi təşkil olunmuşdu. Sərgini açıq elan edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov sərgi haqda ətraflı məlumat verdi və sərginin əhəmiyyətindən danışdı. Sərgidə çıxış edən Milli Məclisin deputatı Vüqar İsgəndərov, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti, sənətşünas Əsəd Quliyev və digər çıxışçılar rəssamın yaradıcılığının önəmli cəhətlərini vurğuladılar və sərgidə nümayiş olunan əsərlərin bədii və texniki imkanlarından danışdılar.