«Balaca əllər, böyük ürəklər» sərgisi

7 sentyabrda Azərbaycan Rəssamlar İttifaqı Müasir İncəsənət Mərkəzində 5-16 yaşlı uşaqların rəsm əsərlərindən ibarət “Balaca əllər, böyük ürəklər” adlı sərgi keçirilmişdir. Sərgini açıq elan edən mərkəzin əməkdaşı Nicat Qəhrəmanov sərgi haqda məlumat verdi və çıxış üçün sözü rəssam Namiq Məmmədova verdi. Əməkdar rəssam, professor Namiq Məmmədov çıxış edərək əsərləri nümayiş olunan uşaqları təbrik etdi, bu gün burada nümayiş olunan işlərin müəllifləri sırasında gələcəyin tanınmış rəssamlarının yetişdiyini vurğuladı. Sonda sərgi iştirakçıları sretifikatlarla təltif olundular. Tədbirdə həmçinin istedadlı saksafaon ifaçısı Rauf Muradovun ifasında musiqi nümunələri səsləndirildi.