Sərgi
Elçin Şamillinin “REZONANS” fərdi sərgisi açılıb
30 октября, 2026

29 oktyabr 2026-cı il tarixində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda rəssam Elçin Şamillinin “REZONANS” fərdi sərgisinin açılışı keçirilib.
Sərgidə rəssamın abstrakt qrafika əsərləri nümayiş olunur. Ekspozisiyanın əsas ideyası sənət əsəri ilə tamaşaçı arasında yaranan emosional və mənəvi rezonansdır. Rəssamın vizual-bədii kodlarla ifadə etdiyi mesaj izləyicinin qavrayışında açılır və onu adi müşahidədən daha dərin estetik yaşantıya, katarsisə doğru aparır.
Müəllifin fikrincə, rezonans sənət vasitəsilə insandan insana, ürəkdən ürəyə uzanan mənəvi bağdır.
Sərgi 5 noyabr 2026-cı il tarixinədək davam edəcək.
Sənətsevərləri sərgi ilə tanış olmağa dəvət edirik!





















