“Fobiya” sərgisi

11 noyabr tarixində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda Karvan Art qrupunun “Fobiya” adlı sərgisi təşkil olunmuşdu. Sərgini açıq elan edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı, professor Salxab Məmmədov sərgi haqda məlumat verdi, rəssamları təbrik etdi. Öz çıxışında əsərləri nümayiş olunan Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam, Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva sərginin təşkilinə göstərlin dəstəyə görə Azərbaycan Rəssamlar İttifaqına öz təşəkkürünü bildirdi. Sərgidə Xalq rəssamları Sirus Mirzəzadə, Qəyyur Yunus, Arif Hüseynov və digər qonaqlar çıxış etdilər. Karvan Art qrupu dörd ildir fəaliyyət göstərir, qrupun rəhbəri Cavid Məmmədovdur. Sərgidə qrupa daxil olan 14 rəssamın rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ tətbiqi sənət əsərləri nümayiş olunur.

Sərgi 17 noyabr tarixinədək davam edəcək.