3 aprel 2026-cı il tarixdə Azərbaycan Rəssamlar İttifaqının təşəbbüsü ilə Rəssamlıq həftəsi çərçivəsində Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında uşaqların əl işlərindən ibarət “Mənim sevimli mövzum” adlı sərgi-müsabiqə keçirilib. Sərgidə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov və tanınmış rəssamlar iştirak edirdi. Tədbirin əsas məqsədi dərnək üzvlərinin yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq, onların incəsənətə olan marağını artırmaq və fərdi dünya görüşlərini rəsm vasitəsilə ifadə etmələrinə şərait yaratmaq olub.
Sərgi-müsabiqədə 48 dərnək üzvünün ümumilikdə 51 rəsm işi nümayiş etdirilib. Təqdim olunan əsərlər müxtəlif mövzularda, gənc rəssamların daxili dünyasını, təbiətə, ailəyə və vətənə olan münasibətlərini rəngarəng boyalarla əks etdirib.
Uşaqların yaradıcılıq qabiliyyəti və mövzuya yanaşması nəzərə alınaraq təqdim olunan işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
6-10 yaş qrupu:
I yer- Naomi Əhmədi- «Yazın nəfəsi»
II yer- Arzu Hacıbəyli- «Mənim xəyallarım»
III yer- Nilufər Babakişiyeva- «Zəncirotların arasında»
11-15 yaş qrupu:
I yer- Nuray Babayeva- «Kosmosun sonsuzluğu»
II yer- Müjgan Muradlı- «Abstrakt ağac»
III yer- Aliyə Aslanzadə- «Mona liza»
Tədbirin sonunda qalib olan dərnək üzvləri Diplomlar və Xalq rəssamı Fərhad Xəlilovun həyat və yaradıcılığından bəhs edən nəfis kitablarla təltif olunub. Digər iştirakçılar yaradıcı yanaşmalarına və fəal iştirakına görə Təşəkkürnamə ilə mükafatlandırılıb.


































