Sərgi
«Rənglərin ahəngi» sərgisi
6 июля, 2026

4 iyul tarixində Azərbaycan Rəssamlar İttifaqı və SolArt qrupunun birgə təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda bir qrup rəssamın əsərlərindən ibarət «Rənglərin ahəngi» adlı sərgi təşkil olunmuşdu.
Sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Xalq rəssamı, professor Arif Hüseynov, Əməkdar rəssam Nadejda İbrahimova, Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas Əsəd Quliyev, SolArt qrupunun direktoru Sona Nəcəfova və başqaları çıxış etmişdirlər.
Sərgidə 30-dan çox rəssamın 150-ə yaxın rəsm əsərləri nümayiş olunur.
Sərgidə işləri nümayiş olunan rəssamlara Sertifikatlar təqdim olunmuşdur.








































