Müzakirə “Mikayıl Abdullayev: Uzaq yolların işığı”

Sentyabrın 11-də Gazelli Art House-da Azərbaycan görkəmli rəssamı Mikayıl Abdullayevin həyat və yaradıcılığına həsr edilmiş “Mikayıl Abdullayev: Səyahətlər, xatirələr, irs” adlı panel müzakirəsi keçirilib. Müzakirə “Mikayıl Abdullayev: Uzaq yolların işığı” sərgisi çərçivəsində təşkil olunub. Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov iştirak edib və Mikayıl Abdullayevin yaradıcılıq yolunun müxtəlif dövrlərinə, onun xarici səfərlərinə…

“Təsviri sənət həftəsi” haqqında sənədli film

Azərbaycan Rəssamlar İttifaqının “Təsviri sənət həftəsi” çərçivəsində Çardaq qrupunun Shabran Wellbeing Hoteldə 20-30 iyun 2026 il keçirilən simpoziumdan maraqlı görüntüləri haqqında qısa sənədli film hazırlanıb. Filmin rejisoru Elçin Qasımovdur, simpoziumun kordinatoru Elşən Qaracadır. Simpoziumda on rəssam iştirak edib. Tədbirdə keramika, qrafika, rəsm master-klasları və Aydın Əsgərovun canlı performansı oldu. Yekunda rəssamlar qonaqlara master-klaslardan əlavə canlı…

Heydər Əliyev və Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zalın açılış mərasimi

Mayın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zalın açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) birgə təşkilatçılığı ilə ərsəyə gələn zal Ulu öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın zəngin həyat və fəaliyyət yolunu əks etdirən…

Mədəniyyətlərin dialoqu: Qazaxıstan – Azərbaycan

Mayın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə Abılxan Kasteyev adına Qazaxıstan Respublikası Milli İncəsənət Muzeyinin kolleksiyasından ibarət “Mədəniyyətlərin dialoqu: Qazaxıstan – Azərbaycan” adlı sərginin təntənəli açılışı keçirilib. Tədbirin açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Qazaxıstanın Azərbaycandakı…

Ağaəli İbrahimov — 80

Bu gün Azərbaycan rəssamlıq məktəbinin layiqli nümayəndəsi, Xalq rəssamı Ağaəli İbrahimovun anadan olmasının 80 illiyi və yaradıcılıq fəaliyyətinin 60 illiyi tamam olur. Ağaəli müəllim ölkəmizdə rəngkarlıq sənətinin inkişafı və bu sahədə yeni maraqlı sənət əsərlərinin yaradılması işində uğurlu fəaliyyət göstərir. Müəllifi olduğu bədii əsərlər özünün ideya — qayəsi və peşəkar işlənilmə xüsusiyyətləri ilə seçilir. Rəssamın…

Vaqif Mustafazadənin şərəfinə yubiley konserti

Əfsanəvi caz pianoçusu və bəstəkarı, dövlət mükafatı laureatı və beynəlxalq müsabiqələr laureatı Vaqif Mustafazadənin 85 illik yubileyinə həsr olunmuş «Unudulmaz Maestro» yubiley konserti Jolli Joker-də keçirildi. Gecənin xüsusi bir məqamı Azərbaycan Rəssamlar İttifaqının üzvü Bəhram Xəlilovun Vaqif Mustafazadənin musiqisindən ilhamlanaraq çəkdiyi rəsm əsərlərinin xüsusi sərgisi oldu. Hər biri müəyyən bir melodiya ilə yaradılan iki triptix,…

Anım Günü

27 sentyabr – Anım Günü münasibətilə Azərbaycan Rəssamlar İttifaqının rəhbər heyəti və rəssamlar Zəfər Parkını ziyarət ediblər. Rəssamlar İttifaqının kollektivi Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş igid Vətən övladlarının xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyublar. Allah Şəhidlərimizə rəhmət eləsin.

Xalq rəssamı Nazim Bəykişiyev vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli teatr rəssamı, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev 8 sentyabr 2025-ci il tarixində ömrünün 77 yaşında vəfat edib. Nazim Zöhrab oğlu Bəykişiyev 29 iyun 1948-ci ildə Bakıda anadan olub. 1969-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq bölməsini bitirib. 1970-1975-ci illərdə Rusiya Teatr Sənəti…