Anım Günü

27 sentyabr – Anım Günü münasibətilə Azərbaycan Rəssamlar İttifaqının rəhbər heyəti və rəssamlar Zəfər Parkını ziyarət ediblər.
Rəssamlar İttifaqının kollektivi Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş igid Vətən övladlarının xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyublar.
Allah Şəhidlərimizə rəhmət eləsin.