Sərgilər

Elçin Şamillinin “REZONANS” fərdi sərgisi

Elçin Şamillinin «REZONANS» adlı fərdi sərgisi 29 oktyabr 2026-cı ildə açılacaq. Sərgi Azərbaycan Rəssamlar İttifaqının Vəciyə Səmədova Qalereyasında keçiriləcək. Sərgidə abstrakt qrafik əsərlər nümayiş olunacaq. Rəssamın sərgi üçün əsas konsepsiyası aşağıdakılardır: «Rəssam bədii mesajı (siqnalı) vizual-bədii kod vasitəsilə abstraksiyaya çevirir. İzləyici, vizual qavrayış prosesində siqnal daşıyıcısını, yəni rəsmi deşifrə edir. İzləyicinin sabit vəziyyəti, yüksək Rezonans…

Rafail Əlizadənin 80 illik yubiley sərgisi açılıb

20 oktyabr 2026-cı il tarixində Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə İttifaqın Vəcihə Səmədova adına Sərgi Salonunda rəssam Rafail Əlizadənin 80 illik yubileyinə həsr olunmuş fərdi sərginin açılışı keçirilib. Açılış mərasimini Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, professor Ağaəli İbrahimov aparıb. Tədbirdə rəssamlar, mədəniyyət və incəsənət nümayəndələri, sənətsevərlər və yubilyarın həmkarları iştirak ediblər. Sərgidə Rafail…

Rafail Əlizadə

Rafail Əlizadənin 80 illik yubileyinə həsr olunmuş fərdi sərgisi

20 oktyabr tarixində Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə İttifaqın Vəcihə Səmədova adına Sərgi Salonunda istedadlı rəssam Rafail Əlizadənin 80 illik yubileyinə həsr olunmuş fərdi sərgi keçiriləcək. Sərgidə rəssamın çoxşaxəli yaradıcılığını əhatə edən rəngkarlıq və qrafika əsərləri, eləcə də onun teatr, kino və televiziya sahələrindəki yaradıcılıq fəaliyyətini əks etdirən nümunələr nümayiş olunacaq. Ekspozisiya sənətsevərlərə Rafail Əlizadənin…

Xəbərlər

Mədəniyyətlərin dialoqu: Qazaxıstan – Azərbaycan

Mayın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə Abılxan Kasteyev adına Qazaxıstan Respublikası Milli İncəsənət Muzeyinin kolleksiyasından ibarət “Mədəniyyətlərin dialoqu: Qazaxıstan – Azərbaycan” adlı sərginin təntənəli açılışı keçirilib. Tədbirin açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Qazaxıstanın Azərbaycandakı…

Ağaəli İbrahimov — 80

Bu gün Azərbaycan rəssamlıq məktəbinin layiqli nümayəndəsi, Xalq rəssamı Ağaəli İbrahimovun anadan olmasının 80 illiyi və yaradıcılıq fəaliyyətinin 60 illiyi tamam olur. Ağaəli müəllim ölkəmizdə rəngkarlıq sənətinin inkişafı və bu sahədə yeni maraqlı sənət əsərlərinin yaradılması işində uğurlu fəaliyyət göstərir. Müəllifi olduğu bədii əsərlər özünün ideya — qayəsi və peşəkar işlənilmə xüsusiyyətləri ilə seçilir. Rəssamın…

Vaqif Mustafazadənin şərəfinə yubiley konserti

Əfsanəvi caz pianoçusu və bəstəkarı, dövlət mükafatı laureatı və beynəlxalq müsabiqələr laureatı Vaqif Mustafazadənin 85 illik yubileyinə həsr olunmuş «Unudulmaz Maestro» yubiley konserti Jolli Joker-də keçirildi. Gecənin xüsusi bir məqamı Azərbaycan Rəssamlar İttifaqının üzvü Bəhram Xəlilovun Vaqif Mustafazadənin musiqisindən ilhamlanaraq çəkdiyi rəsm əsərlərinin xüsusi sərgisi oldu. Hər biri müəyyən bir melodiya ilə yaradılan iki triptix,…

Layihələr

Qalereya