«Bahar» sərgisi

Azərbaycan Rəssamlar İttifaqının ümumi yığıncağı və «Bahar» adlı sərginin açılış mərasimi keçirilmişdir. Yığıncağı Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov açaraq rəssamları qarşıdan gələn Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə təbrik etdi, onlara gələcək işlərində uğurlar arzuladı. Fərhad Xəlilov çıxışında cari il qarşıda duran vəzifələr və təşkil olunacaq sərgilərlə bağlı əhatəli məlumat verdi. Həmçinin sərgidə əsərləri nümayiş olunan rəssamları təbrik etdi. Sonra yığıncaqda Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı, professor Salxab Məmmədov çıxış etdi, sərgi və tədbirlərlə bağlı fikirlərini bildirdi. Tədbirdə Xalq rəssamı Aydın Rəcəbov, Əməkdar rəssam Həmzə Abdullayev və istedadlı rəssam Emin Ələkbərov rəy və təkliflərini səsləndirdilər. Gləcəkdə təşkili planlaşdırılmış sərgi və tədbirlərin daha da səmərəli təşkil olunması istiqamətində fikir mübadiləsi aparıldı. Sonda rəssamlar «Bahar» sərgisində nümayiş olunan əsərlərə tamaşa etdilər.