10 sentyabrda Azərbaycan Rəssamlar İttifaqının Müasir İncəsənət Mərkəzində uşaqların rəsm əsərlərindən ibarət “Rəngli dünyam” adlı sərgi təşkil olunmuşdu.
Sərgini açıq elan edən Əməkdar rəssam, professor Namiq Məmmədov sərgi haqda məlumat verdi, əsərləri nümayiş olunan uşaqları təbrik etdi və bu gün bu sərgidə iştirak edən şəxslərin içindən gələcəkdə tanınmış rəssamların olacağını vurğuladı. Sərgidə çıxış edən istedadlı rəssamlar Nailə Əhmədova və Mir Azər Abdullayev çıxışlarında təşkil olunan sərginin əhəmiyyətindən, nümayiş olunan əsərlərin bədii və texniki imkanlarından danışdılar və belə sərgilərin təşkilinin əhəmiyyətindən qeyd etdilər. Sərgi iştirakçıları Azərbaycan Rəssamlar İttifaqının sretifikatları ilə təltif olundular.




































