“Sülhə qanad olaq!” sərgisi

29 yanvar tarixində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Aktivist Sənətçilər Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Aktivist Sənətçilər Birliyinin təşkilatçılığı ilə “Sülhə qanad olaq!” adlı beynəlxalq rəsm sərgisi və “Dünya Sülh Rəssamları” kataloqunun təqdimat mərasimi baş tutdu. Sərgini Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov açıq elan etdi. O, çıxışı zamanı sərginin əhəmiyyətindən ətraflı danışdı, layihənin sülhə xidmət etdiyini vurğuladı və sərgidə əsərləri nümayiş olunan rəssamları təbrik etdi. Söz Beynəlxalq Aktivist Sənətçilər Birliyinin təmsilçisi, rəssam Nəvai Metin çıxışında rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və həyata keçirilən layihələr barədə geniş məlumat verdi. O qeyd etdi ki, Birlik olaraq Azərbaycanda və beynəlxalq müstəvidə bir sıra mühüm layihələrə imza atıblar:

Açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimobv, Azərbaycan Milli Məclisinin deputatı Razi Nurullayev, sənətşünas Əsəd Quliyev və digər qonaqlar  Birlyin fəaliyyətindən, sərginin əhəmiyyətindən danışdılar.

Sonda əsərləri nümayiş olunan rəssamlara sertifikatlar və kitablar təqdim olundu.

Sərgi 1 fevral tarixinədək davam edəcək.